Gürcüstan, Tbilisi, 27 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan bu ölkəni hələ də "Gürcüstan" adlandıran dövlətlərlə ölkənin adının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
Tbilisi əksər ölkələrə müraciət edib ki, rəsmi ad kimi "Corciya" istifadə edilsin. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifiqndə xarici işlər nazirinin müavini Nino Kalandadze deyib. Bu təşəbbüsə ilk olaraq Koreya səs verib. O, artıq adın dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
Kalandadzenin sözlərinə görə, bu, Gürcüstan üçün çox mühümdür. Onun sözlərinə görə, müəyyən ölkələr dövlətin adını o səbəbdən dəyişdirə bilmirlər ki, bu, texniki və maliyyə problemləri ilə əlaqədardır.