...

Azərbaycan Prezidenti Rusiyanın daxili işlər nazirini qəbul edib

Siyasət Materials 27 İyun 2011 19:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib
Azərbaycan Prezidenti Rusiyanın daxili işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevi qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, həmçinin daxili işlər orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, bölgədə sabitliyin önəmi qeyd olunaraq ölkələrimizin əlaqələrinin möhkəmlənməsinin bu işə töhfə verdiyi bildirildi.

Rusiya Federasiyasının daxili işlər naziri Raşid Nurqaliyevin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi və ölkələrimizin müvafiq strukturları arasında birgə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti