...

Elmar Məmmədyarov: İslamofobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində artmaqdadır

Siyasət Materials 28 İyun 2011 15:55 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İslam Əməkdaşlığı Təşkilatı"nın (keçmiş İKT) 38-ci sessiyasında çıxışı zamanı dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmağın lazım olduğunu bildirib.
Elmar Məmmədyarov: İslamofobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində artmaqdadır

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İslam Əməkdaşlığı Təşkilatı"nın (keçmiş İKT) 38-ci sessiyasında çıxışı zamanı dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmağın lazım olduğunu bildirib. Bu barədə Trend-ə Azərbaycan XİN-dən daxil olan məlumatda bildirilir.

Məmmədyarov onu da qeyd edib ki, milyonlarla müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş islamofobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində artmaqdadır.

"Yaxın illərdə bəzi ölkələrdə dözülməzliyə, ayrıseçkiliyə və İslama qarşı hücumlarla bağlı ciddi faktların olması sübut edir ki, dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmaq lazımdır", - nazir qeyd edib.

Nazirin sözlərinə görə, söz azadlığı bəhanəsi ilə dinə qarşı atılan böhtan ayrıseçkiliyin və dözülməzliyin yeni və müasir formasıdır.

XİN rəhbərinin sözlərinə görə, sivil cəmiyyətlər olaraq, öz azadlığımızı ehtiyatla və beynəlxalq normalarla qəbul olunmuş parametrlər çərçivəsində həyata keçirməliyik.

"Biz İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik", - Məmmədyarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti