...

Azərbaycan Prezidenti Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 29 İyun 2011 22:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 19:07-də yayılıb)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısına məlumat verildi ki, 2001-ci ildə istifadəyə verilən parkda ötən ilin dekabr ayından yenidənqurma işlərinə başlanılıb. Bu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Heydər Əliyev adına Parkın giriş qapısı 10 sütundan ibarətdir. Giriş qapısının hündürlüyü 12,5 metr, uzunluğu isə 80 metrdir. Parkın girişində 25 metr hündülükdə bayraq dirəyi ucaldılıb.

Bildirildi ki, burada Heydər Əliyev İctimai Mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzin iki mərtəbədən ibarət olacaq binasının birinci mərtəbəsində foye, xarici dil mərkəzi, konfrans zalı, audio-vizual, multimedia mərkəzləri, fotostudiya, istirahət və əyləncə mərkəzi, ikinci mərtəbədə isə kompüter otağı, kitabxana və mətbuat mərkəzi, muzey, şahmat klubu və s. yerləşəcək.

Parkda müxtəlif tədbirlər keçirmək üçün açıq meydança və fəvvarə tikilir. Həmçinin burada "Ana və uşaq" kafesi, istirahət köşkləri, uşaq əyləncə meydançası, əlil uşaqların reabilitasiyası mərkəzi inşa olunacaq. Parkın ərazisinə Almaniya istehsalı olan tamet döşənəcək, burada yaşıllıqlar salınacaq.

Prezident İlham Əliyev parkın eskiz layihəsinə, yenidənqurmadan sonrakı görünüşünü əks etdirən şəkillərə baxdı, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti