...

Daha bir Cənubi Amerika ölkəsi Azərbaycanda öz diplomatik nümayəndəliyini açacaq

Siyasət Materials 30 İyun 2011 13:29 (UTC +04:00)
Daha bir Cənubi Amerikası ölkəsi - Venesuela Azərbaycanda öz diplomatik nümayəndəliyini açmağa hazırlaşır.
Daha bir Cənubi Amerika ölkəsi Azərbaycanda öz diplomatik nümayəndəliyini açacaq

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva/

Daha bir Cənubi Amerika ölkəsi - Venesuela Azərbaycanda diplomatik nümayəndəliyini açmağa hazırlaşır.

Venesuela Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq qurmaq niyyətindədir və bu məqsədlə Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır. Hazırda məsələnin texniki tərəfləri müzakirə edilir. Bu barədə Trend-ə Venesuelanın İrandakı səfirliyinin müşaviri Pedro Koraspe deyib.

2010-cu ilin oktyabrında Venesuelanın İranda, eyni zamanda Azərbaycanda akkreditə olunan səfiri Devid Nieves Velaskes Karaballo Azərbaycan Prezidenti İlham Əliyevə öz etimadnaməsini təqdim etmişdi.

Devid Nieves Velaskes Karaballo Azərbaycan Prezidenti ilə görüşdə öz ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə dostluq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti