...

Azərbaycan regional problemlərin həllində rol oynaya bilər - Laricani

Siyasət Materials 4 İyul 2011 11:01 (UTC +04:00)
Azərbaycan müsəlman ölkəsi kimi mühüm regional problemlərin həllində rol oynaya bilər. Trend-in məlumatına görə, bunu şənbə günü Gəncədə səfərdə olan İran parlamentinin spikeri Əli Laricani deyib.
Azərbaycan regional problemlərin həllində rol oynaya bilər - Laricani

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan müsəlman ölkəsi kimi mühüm regional problemlərin həllində rol oynaya bilər. Trend-in məlumatına görə, bunu şənbə günü Gəncədə səfərdə olan İran parlamentinin spikeri Əli Laricani deyib.

Laricani İRNA agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan və İran parlamentləri iki ölkənin əməkdaşlığına yardım edə bilər və beynəlxalq arenada, eləcə də mühüm regional tədbirlərdə analoji addımlar ata bilərlər.

Spikerin sözlərinə görə, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları müzakirə olunub.

Laricani iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini də qeyd edib və deyib ki, onun səfəri ölkələr arasında əlaqələri dərinləşdirə və əməkdaşlığa yardım edə bilər.

Gəncəyə səfəri barədə danışan spiker bildirib ki, sovetlər birliyi dövründə yaradılan bütün çətinliklərə baxmayaraq, şəhər sakinləri etiqadlarını qoruyub saxlayıblar.

Milli Məclisin spikeri Oqtay Əsədovun rəsmi dəvəti ilə Azərbaycanda olan Laricani şənbə günü Gəncəyə səfər edərək Şah Abbas məscidini və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Xəbər lenti

Xəbər lenti