...

Joao Soareş ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

Siyasət Materials 10 İyul 2011 14:13 (UTC +04:00)
Joao Soareş ATƏT-in Cənubi Qafqaz Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edilib, bunu Parlament Assambleyasının prezidenti Petros Efthymiu Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri ilə məsləhətləşdikdən sonra 20-ci illik sessiyasının plenar iclası zamanı bəyan edib
Joao Soareş ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib

Azərbaycan, Bakı, 10 iyul/Trend, müxbir A.Əsgərov/

Joao Soareş ATƏT-in Cənubi Qafqaz Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin edilib, bunu Parlament Assambleyasının prezidenti Petros Eftimiu Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri ilə məsləhətləşdikdən sonra 20-ci illik sessiyasının plenar iclası zamanı bəyan edib.

"Joao Soareş geniş bilik və regionda mühüm tərəfdaşları ilə şəxsi münasibətləri var. Bundan əlavə, o, insanları bir araya gətirmək və Qafqazda davam edən siyasi münaqişələrin lazımi diqqətinə yardım üçün zəruri diplomatik bacarığı var" Eftimiu bildirib.

Soareşin sözlərinə görə, bu regionun millət vəkilləri arasında güclü əməkdaşlıq körpüləri qurmaq üçün bu rolu yerinə yetirmək onun üçün bir şərəfdir.

Onun sözlərinə görə, Qafqazda davam edən danışıqlar intensivləşdirmək və regionda davamlı sülh təmin etmək üçün ATƏT-in Minsk qrupunun dəstəklənməsi üçün hər şey etmək lazımdır.

Joao Soareş hüquqşünas və naşirdir. O, Avropa Parlamentinin üzvü olub (1994-95), Lissabonun vitse-meri (1990-1995) və meri (1995-2002) olub. Hal-hazırda Sintra bələdiyyəsinin məsləhətçisidir.

2002-ci ildən ATƏT-in Parlament Assambleyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasının Prezidenti olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti