...

Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq

Siyasət Materials 11 İyul 2011 12:48 (UTC +04:00)
Milli Məclisdə Azərbaycan və Rumıniya arasında iqtisadi, siyasi və digər əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.
Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə Azərbaycan və Rumıniya arasında iqtisadi, siyasi və digər əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Bakıda səfərdə olan Rumıniyanın görkəmli elm, mədəniyyət və ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Buxarest şəhər ikinci sektorunun meri, Rumıniyanın hakim partiyasının xalqla əlaqələr şöbəsinin baş katibi Nikolay Ontanu bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində hakim Yeni Azərbaycan Partiyasının qərargahında, Azərbaycan Milli Elmlər Akademiyasında, Yazıçılar Birliyində görüşlər keçiriləcək.

Rumıniyanın nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində bu gün Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Səfər çərçivəsində nümayəndə heyətinin Quba şəhərinə gedəcəyi və orada yerləşən kütləvi məzarlığı ziyarət edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti