...

Azərbaycan Prezidenti ARDNF-nin 2010-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Siyasət Materials 14 İyul 2011 18:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti ARDNF-nin 2010-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin icrası, gəlirlər 13 088 543,4 min manat, xərclər 6 386 614,9 min manat və ya Dövlət Neft Fondunun 2010-cu il büdcəsində nəzərdə tutulduğuna nisbətən gəlirlər üzrə 144,9%, xərclər üzrə 99,4% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilsin:

Sıra N-si

Göstəricilər

min manatla

Gəlirlər

13 088543,4

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəqli üzrə məsrəfləri, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərclərini çıxmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

12 656 097,8

2.

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə)

158 660,9

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

8 302,5

4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər

155 906,1

5.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1 201,0

6.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

1 601,6

7.

Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar

105 021,9

8.

Digər gəlirlər və daxilolmalar

1 751,6

Xərclər

6 386 614,9

1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

104 947,7

2.

Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinə transfert

5 915 000,0

3.

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi

199 617,7

4.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

130 998,7

5.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

12 420,3

6.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

9 605,3

7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

14 025,2

Xəbər lenti

Xəbər lenti