...

Azərbaycan və Rusiyanın XİN rəhbərləri dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası barədə sənədləri mübadilə ediblər

Siyasət Materials 18 İyul 2011 13:36 (UTC +04:00)
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhəddi haqqında 2010-cu il 3 sentyabr tarixli müqavilənin ratifikasiyası barədə sənədləri mübadilə ediblər.
Azərbaycan və Rusiyanın XİN rəhbərləri dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası barədə sənədləri mübadilə ediblər

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar MəmmədyarovSergey Lavrov bu gün Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhəddi haqqında 2010-cu il 3 sentyabr tarixli müqavilənin ratifikasiyası barədə sənədləri mübadilə ediblər. Trend-in məlumatına görə, bu barədə "Rossiya 24" telekanalı xəbər verir.

"Biz iki ölkə prezidentlərinin qarşıya qoyduqları bütün sahələrdə yüksək inkişaf sürətini müəyyən etdik", - Lavrov Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sərhəd barədə müqavilə Samur çayının su resursları haqqındakı sazişlə birgə qüvvəyə minib.

"İmzalanan saziş bütün sahələrdə regional əməkdaşlığımız üçün əlverişli şərait yaradır", - Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti