...

Mərakeşin Azərbaycandakı səfirliyində milli bayramı qeyd etdilər

Siyasət Materials 2 Avqust 2011 00:55 (UTC +04:00)
Bu gün Mərakeş krallığın Azərbaycandakı səfirliyində bu ölkənin milli bayramını - kral VI Məhəmmədin hökümətə gəlməsinin ildönümünü qeyd etdilər. Tədbiri Mərakeşin Azərbaycandakı səfiri Həsən əl-Hani giriş sözü ilə açdı.
Mərakeşin Azərbaycandakı səfirliyində milli bayramı qeyd etdilər

Azərbaycan, Bakı, 1 avqust /Trend/müxbir.A. Tağıyeva

Bu gün Mərakeş krallığın Azərbaycandakı səfirliyində bu ölkənin milli bayramını - kral VI Məhəmmədin hökümətə gəlməsinin ildönümünü qeyd etdilər. Tədbiri Mərakeşin Azərbaycandakı səfiri Həsən əl-Hani giriş sözü ilə açdı.

Çıxışında səfir Azərbaycan və Mərakeş arasındakı ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan və Mərakeş müxtəlif sahələrdə əməkdaşlıq edirlər, və Mərakeş bu əməkdaşlığı bütün sahələrdə genişləndirmək niyyətindədir.

Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin adından Mərakeş xalqını təbrik edərək krallığa inkişaf və tərəqqi arzu etdi və iki ölkə arasındakı əməkdaşlığın daha da genişlənməsinə ümidvar olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti