Azərbaycan, Bakı, 2 avqust /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram" İlham Əliyev təbrik məktubunda deyib.
İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təbrik məktubu ünvanlayıb