...

İran Parlamenti Əhmədinejadın nazir vəzifəsinə irəli sürdüyü bütün namizədləri təsdiqləyib

Siyasət Materials 3 Avqust 2011 17:27 (UTC +04:00)
İran Paralmenti ölkə Prezidenti Mahmud Əhmədinejad tərəfindən yeni yaradılan dörd nazirliyin rəhbəri vəzifəsinə təqdim edilən bütün şəxslərin namizədliyinin lehinə səs verib.
İran Parlamenti Əhmədinejadın nazir vəzifəsinə irəli sürdüyü bütün namizədləri təsdiqləyib

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İran Paralmenti ölkə Prezidenti Mahmud Əhmədinejad tərəfindən yeni yaradılan dörd nazirliyin rəhbəri vəzifəsinə təqdim edilən bütün şəxslərin namizədliyinin lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər verib.

Gənclər və idman naziri vəzifəsinə Məhəmməd Abbasinin namizədliyinin 165 nəfər lehinə, 61 nəfər əleyhinə səs verib, 19 parlamentari bitərəf qalıb.

Sənaye, mədən və ticarət naziri vəzifəsinə iddialı olan Medi Qəzənfərinin namizədliyinin 218 nəfər lehinə, 20 nəfər əleyhinə səs verib, 7 parlamentari bitərəf qalıb.

Əmək, kooperativlər və sosial təminat naziri vəzifəsinə namizəd Abdürrza Şeyxulislamın namizədliyinin 204 nəfər lehinə, 31 nəfər əleyhinə səs verib, 10 parlamentari bitərəf qalıb.

Buna kimi İran parlamentariləri general Rüstəm Qasıminin strateji nazirliklərdən biri - Neft Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. Qasıminin bu vəzifəyə təyin edilməsinin 216 nəfər lehinə, 22 parlamentari əleyhinə səs verib, 7 nəfər bitərəf qalıb.

Çərşənbə günü İran Parlamentində ölkə Prezidenti Mahmud Əhmədnejadın dörd nazirliyin rəhbəri vəzifəsinə təqdim etdiyi namizədlərin təsdiqlənməsi üzrə iclas başlayıb. Bu barədə IRNA xəbər verir.

Ötən həftə Əhmədinejad İslam Məsləhət Şurasına göndərdiyi məktubda dörd şəxsin nazir vəzifələrinə namizədliklərini göstərib.

Mayın ortalarında Əhmədinejad nazirliklərin sayının 21-dən 17-dək azaldılması üzrə plan çərçivəsində 3 naziri vəzifəsindən azad etmişdi. Neft naziri Seyid Məsud Mirkazimi, sosial təminat naziri Sadıq Mahsuli, sənaye və mədən naziri Əliəkbər Mehribani vəzifələrindən azad edilmişdi.

Nazirliklərin sayının azaldılması Beşillik İnkişaf Proqramı çərçivəsində həyata keçirilir. Proqramın icrasına bu il başlanıb.

İran Parlamenti iki yeni nazirliyin əvvəllər mövcud olan 5 nazirliyin bazasında yaradılmasını 174 səslə lehinə, 5 səslə əleyhinə və 5 bitərəflə qəbul edib.

Əmək, Korporativ və Sosial Müdafiə, eləcə də Sənaye, Mədən və Ticarət nazirlikləri yaradılmışdı.

Xəbər lenti

Xəbər lenti