...

İran Parlamenti Sepah generalını neft naziri vəzifəsinə seçib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 Avqust 2011 17:29 (UTC +04:00)
İran Paralmenti general Rüstəm Qasıminin neft naziri vəzifəsinə namizdəliyinin lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər yayıb.
İran Parlamenti Sepah generalını neft naziri vəzifəsinə seçib (ƏLAVƏ OLUNUB)

Beşinci bazas əlavə olunub (ilk xəbər saat 17:07-də yayılıb)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

İran Paralmenti general Rüstəm Qasıminin neft naziri vəzifəsinə namizdəliyinin lehinə səs verib. Trend-in məlumatına görə, bu barədə FARS informasiya agentliyi xəbər yayıb.

Qasıminin bu vəzifəyə təyin edilməsinin lehinə 216, əleyhinə 22 parlamentari səs verib, 7 nəfər bitərəf qalıb.

Briqada generalı "Xətəmu-l-Ənbiya" bazasının, İslam İnqilabı Keşikçiləri Korpusunun tikinti bölməsinin rəhbəridir. Tikinti bölməsi hazırda İranda neft-qaz layihələrinin çoxunu həyata keçirir.

2010-cu ilin fevralında ABŞ Maliyyə Nazirliyi Qasıminin adını "qara siyahı"ya daxil edib. Siyahıya daxil edilənlərə ABŞ şirkətləri ilə iş aparmaq və ya ABŞ-da bank hesablarına malik olmaq qadağan edilir.

Qasımi neft naziri vəzifəsinə təsdiq edildikdən sonra o, avtomatik olaraq OPEK-in rəhbəri olur. OPEK-ə hazırda İran sədrlik edir. İslam Respublikası OPEK-ə ötən ilin oktyabrından sədrlik etməyə başlayıb. Bu, 1979-cu il İslam İnqilabından sonra ilk dəfə baş verib.

Çərşənbə günü İran Parlamentində ölkə Prezidenti Mahmud Əhmədnejadın dörd nazirliyin rəhbəri vəzifəsinə təqdim etdiyi namizədlərin təsdiqlənməsi üzrə iclas başlayıb. Bu barədə IRNA xəbər verir.

Ötən həftə Əhmədinejad İslam Məsləhət Şurasına göndərdiyi məktubda dörd şəxsin nazir vəzifələrinə namizədliklərini göstərib.

Mayın ortalarında Əhmədinejad nazirliklərin sayının 21-dən 17-dək azaldılması üzrə plan çərçivəsində 3 naziri vəzifəsindən azad etmişdi. Neft naziri Seyid Məsud Mirkazimi, sosial təminat naziri Sadıq Mahsuli, sənaye və mədən naziri Əliəkbər Mehribani vəzifələrindən azad edilmişdi.

Xəbər lenti

Xəbər lenti