...

İranda yeniyetmə qızların 80 faizinin əks cinsdən olan dostları var

Siyasət Materials 6 Avqust 2011 12:33 (UTC +04:00)
İranda orta məktəb qızlarının 80 faizinin yeniyetmə oğlanlar arasında dostları var. Trend-in məlumatına görə, bu barədə Tehran Universitetinin "Təbətabai" Elmi Şurasının üzvü Mahmud Gölzəri İran paytaxtında keçirilən tematik konfransda deyib.
İranda yeniyetmə qızların 80 faizinin əks cinsdən olan dostları var

Azərbaycan, Bakı, 6 avqust /Trend/

İranda orta məktəb qızlarının 80 faizinin yeniyetmə oğlanlar arasında dostları var. Trend-in məlumatına görə, bu barədə Tehran Universitetinin "Təbətabai" Elmi Şurasının üzvü Mahmud Gölzəri İran paytaxtında keçirilən tematik konfransda deyib. Trend-in məlumatına görə, bu barədə "parsine" analitik saytı məlumat verib.

Gölzari əlavə edib ki, yeniyetmələr arasında intim xarakterli münasibətlərin olması da mümkündür, lakin nə məktəblərin rəhbərliyi, nə də onların ailə üzvləri bu barədə əminliklə danışa bilmirlər.

O qeyd edib ki, bu informasiya yaşlılar üçün xəbərdarlıq və lazımi məlumatı olmayan yeniyetmələr arasında cinsi tərbiyə məsələləri üzrə maarifləndirmə işinin aparılması üçün siqnal olmalıdır.

Gölzarinin sözlərinə görə, o bu məsələ ilə bağlı 20 ildir araşdırma aparır. "Bu müddət ərzində mən çoxsaylı məktublar almışam. Bu məktubların 85 faizi 12-25 yaşlı qızlardan və 15 faizi 14-17 yaşlı oğlanlardan olub", - o bildirib.

Bir müddət əvvəl İranın ali təhsil naziri Kamran Daneşju növbəti tədris ilindən oğlanlar və qızlar üçün ayrıca tədrisin aparılması imkanını nəzərdən keçirmək barədə göstəriş verib.

Lakin Prezident Mahmud Əhmədinejad bildirib ki, ali məktəblərdə tədris zamanı cinsi mənsubiyyətə görə ayırma olmayacaq.

1979-cu il islam inqilabından sonra İranın orta və ali məktəblərində birgə tədris qanun şəklinə salınıb. Hər iki cinsin şagirdləri bütün məşğələlərdə eyni vaxtda iştirak edirlər. Qərb məktəblərindən yeganə fərqləndirici cəhət odur ki, qızlar və oğlanlar müxtəlif sıralarda oturmalıdırlar.

Xəbər lenti

Xəbər lenti