...

Rəsmi Tehran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin çıxışını təkzib edir

Siyasət Materials 11 Avqust 2011 18:20 (UTC +04:00)
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına fikir söylədiyinə dair yayılan xəbərləri təkzib edir
Rəsmi Tehran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin çıxışını təkzib edir

Azərbaycan, Bakı, 11 avqust /Trend/

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına fikir söylədiyinə dair yayılan xəbərləri təkzib edir.

Səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilib ki, sözügedən çıxışın Firuzabadiyə aidiyyəti yoxdur və yayılan xəbərlər KİV-nin anlaşılmazlığının nəticəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Trend-ə notaya rəsmi cavab olmadığından, bu məsələyə münasibət bildirilməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti