...

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularını təltif edib

Siyasət Materials 22 Avqust 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə təltif edilirlər.

Polkovniklər - Rzayev Fikrət Əşrəf oğlu, Zakirov Əfzələddin Şahverən oğlu və Zeynalov Elşən Əsgər oğlu, polkovnik-leytenant Əlismanov Gülmurad Hacı oğlu, mayorlar - Hacıyev Əli Raib oğlu və Heydərov Namət Yusif oğlu "Vətən uğrunda" medalına layiq görülüblər.

Polkovnik-leytenant Rəhimov Vüqar Həsənağa oğlu, mayorlar - İmanov Nizami Azadxan oğlu, Qasımov Yəhya Baba oğlu, Mikayılov Vüqar Mahmud oğlu, Yusupov Elçin Eldar oğlu və kapitan Babayev Elsevər Maarif oğlu "İgidliyə görə" medalı ilə təltif ediliblər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin digər böyük bir qrup hərbi qulluqçusu isə "Hərbi xidmətlərə görə" medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti