...

İlham Əliyev Viktor Yanukoviçi təbrik edib

Siyasət Materials 23 Avqust 2011 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Viktor Yanukoviçi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə təbrik məktubu ünvanlayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Ukrayna xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün dost Ukrayna hərtərəfli inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl addımlar atmaqdadır.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, qarşılıqlı inam və etimad münasibətlərindən qaynaqlanan Azərbaycan-Ukrayna tərəfdaşlığını, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - tərikdə deyilir.

İlham Əliyev Viktor Yanukoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti