...

Ermənistanda keçiriləcək prezident seçkilərində namizədlərdən birinin adı məlum olub

Siyasət Materials 24 Avqust 2011 14:27 (UTC +04:00)
Ermənistanda keçiriləcək prezident seçkilərində namizədlərdən birinin adı məlum olub
Ermənistanda keçiriləcək prezident seçkilərində namizədlərdən birinin adı məlum olub

Azərbaycan, Bakı, 24 avqust /Trend/

2013-cü ildə Ermənsitanda keçiriləcək prezident seçkilərində namizədlərdən birinin adı məlum olub. Bu, Xalq Partiyasının lideri Tiqran Karapetyandır. Avqustun 24-də o birmənalı şəkildə bəyan edib ki, Ermənistan prezidentliyinə namizədliyini irəli sürəcək. Bu barədə Trend Ermənistan KİV-e istinadən məlumat yayıb.

Karapetyanın fikrincə, bu gün Ermənistan xalqı böyük sarsıntı keçirir. "İnsanlar bütün mövcud siyasi qüvvələrdə çox məyusdurlar. Biz onlara alternativ təklif etməyə çalışacağıq", - Karapetyan qeyd edib.

Karapetyan "Ermənistan prezidenti vəzifəsində müxalif Ermənsitan Milli Konqresinin lideri Levon Ter-Petrosyanı görürsünüzmü?" sualına lakonik cavab verib: "O, özünü orada görmür".

Xəbər lenti

Xəbər lenti