...

Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafı müzakirə olunub

Siyasət Materials 25 Avqust 2011 16:05 (UTC +04:00)
Bakıda səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi cümə axşamı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.
Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Bakıda səfərdə olan BMT-yə üzv 13 ölkənin daimi nümayəndəsi cümə axşamı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda bildirilir.

Komitənin sədri Səməd Seyidov görüşdə BMT-də rəsmi Bakının mövqeyinin daha da möhkəmlənəcəyinə, fəaliyyətinin genişlənəcəyinə inamını bildirib. Seyidov BMT-yə üzv ölkələrin daimi nümayəndələrinin bu cür səfərlərinin əlaqələrimizin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Görüşdə komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə Paşayeva və Ceyhun Osmanlı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsinin, bir milyondan çox insanın 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşamasının, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasının haqlı narazılıq doğurduğunu bildiriblər.

Benin dövlətinin BMT yanındakı daimi nümayəndəsi Jan-Fransis Reqis Zinsou görüşdə bildirib ki, bu cür səfərlər həm ikitərəfli münasibətlərin inkişafı, həm də insanlıq naminə daha çox iş görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Sent Vinsent və Qrenada dövlətinin nümayəndəsi Kamillo Qonsalves Karib dənizi hövzəsi ölkələrinin xarici siyasətdə vahid mövqedən çıxış etmək barədə razılıq əldə etdiklərini, bu 14 ölkənin BMT-də Azərbaycanın mövqeyini müdafiə edəcəklərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti