...

Qəzzafinin oğlunun ölümü təsdiqləndi

Siyasət Materials 4 Sentyabr 2011 20:57 (UTC +04:00)

Liviya Milli Keçid Hökumətinin (MKH) müdafiə nazirliyinin nümayəndəsi Liviyanın Cəmahiriyyə lideri Müəmmar Qəzzafinin oğlu Hamisin ölümünü təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

"Qəzzafinin oğlu Hamisin ölümü təsdiqlənib. O Tarxun şəhərində ölüb və şəhər ətrafındakı Bin Valida qəbirstanlığında dəfn olunub. Liviya xüsusi xidmət orqanlarının rəhbəri Abdallı Əs Senusi Muhəmmədin oğlu da ölüb." - Liviya MKH-nin müdafiə nazirliyinin nümayəndəsi Əhməd Bani deyib.

O, Abdallı Əs Sənusinin əvvəlcədən yayılmış ölüm xəbərini təsdiq etməyib.

Xəbər lenti

Xəbər lenti