...

ABŞ 11 sentyabr hadisələrinin təkrarlanacağını istisna etmir

Siyasət Materials 7 Sentyabr 2011 15:43 (UTC +04:00)
2001-ci il 11 sentyabr hadisələrinin təkrarlanacağının mümkünlüyünü tamamilə istisna etmək olmaz.
ABŞ 11 sentyabr hadisələrinin təkrarlanacağını istisna etmir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

2001-ci il 11 sentyabr hadisələrinin təkrarlanacağının mümkünlüyünü tamamilə istisna etmək olmaz. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABŞ-ın müdafiə naziri Leon Panetta Nyu-Yorka səfəri zamanı bildirib.

"Belə terror aktının təkrar olunmasının mümkünlüyü tamamilə real olaraq qalır. Bizim "əl-Qaidə"yə təzyiqləri davam etdirməyimiz vacibdir", - o deyib.

Nazirin sözlərinə görə, bu terrorçu qruplaşmanın daha 20 aparıcı fəalının zərərsizləşdirilməsinə nail olunarsa, o zaman ABŞ onun üzərində qələbə qazana bilər. İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti