...

Ramiz Rzayev: Seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilə bilər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Sentyabr 2011 16:35 (UTC +04:00)
Gələcəkdə Azərbaycanda seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilə bilər.
Ramiz Rzayev: Seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilə bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Gələcəkdə Azərbaycanda seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilə bilər.

"Qanunvericilik seçki prosesində qeydə alınan pozuntuların mülki qaydada həllini nəzərdə tutur. Bu, inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Bununla bağlı məsələ qaldırmışıq və ola bilsin ki, gələcəkdə bu mübahisələr inzibati məhkəmələrin səlahiyyətinə aid edilsin. Xarici dövlətlərdə seçki mübahisələrinə inzibati məhkəmələr baxır", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ali Məhkəmənin sədri Ramiz Rzayev DSK sədrləri üçün seçki hüququ üzrə təşkil olunmuş kurslarda çıxışı zamanı deyib.

Rzayev çıxışında deyib ki, seçki praktikasının təkmilləşdirilməsi, seçki hüququnun təmin olunması məqsədilə qanunvericilik bazası təkmilləşdirilib. Qüvvədə olan Seçki Məcəlləsi demokratik seçki keçirməyə tam imkan yaradır, qarşıdan gələn bələdiyyə seçkilərini demokratik keçirməyə imkan verir. Son seçkilərdə 100-ə yaxın şikayət oldu. Bəzi qərarlar ləğv olundu.

Rzayev hesab edir ki, əsasən sənədlərin tərtib olunması ilə bağlı problemlər var idi.

"Buna diqqət yetirmək lazımdır ki, problem yaratmasın. Bunlardan Avropa Məhkəməsinə şikayətlər də oldu. Çalışmaq lazımdır ki, bu pozuntular ölkədaxili məhkəmələr tərəfindən aradan qaldırılsın, Avropa Məhkəməsinə ehtiyac qalmasın", - Ali Məhkəmənin sədri əlavə edib.

Azərbaycanda ilin sonunda boş qalan bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.

Ali Məkhəmənin sədri Ramiz Rzayev Trend-ə açıqlamasında bildirib ki, seçki prosesində qeydə alınan pozuntuların inzibati məhkəmələrin səlahiyyətinə aid edilməsi məsələsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Milli Məclisə müraciət edilib. Rzayev bildirib ki, Mülki Məcəllədəki həmin bu prosesi nizama salan müddəalar həmin məcəllədən çıxarılaraq "İnzibati icraat haqqında" qanuna əlavə ediləcək.

Xəbər lenti

Xəbər lenti