...

"Azərsu" ASC-nin işçiləri "Tərəqqi" medalı ilə təltif edilib

Siyasət Materials 7 Sentyabr 2011 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Azərsu" ASC-nin işçiləri "Tərəqqi" medalı ilə təltif edilib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda su təsərrüfatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Əliyev Famil Namaz oğlu
Lətifova Şamama Ülkəralı qızı
Məmmədov Əlkərim Qubuş oğlu
Rüstəmova Yazgül Abdulkərim qızı
Seyidov Mirkamil Miriş oğlu.

Xəbər lenti

Xəbər lenti