...

Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub

Siyasət Materials 7 Sentyabr 2011 23:47 (UTC +04:00)
Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub. Trend-in məlumatına görə Pakistanın milli bayramı - Müdafiə Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və media mənsubları iştirak ediblər.
Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Bakıda Pakistanın Milli Müdafiə Günü qeyd olunub. Trend-in məlumatına görə Pakistanın milli bayramı - Müdafiə Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İnayat Ullah Kakar ölkəsinin milli bayramı - Müdafiə Gününün tarixi barədə iştirakçılara məlumat verib.

O, qeyd edib ki, 6 sentyabr milli birlik ruhunun və Pakistanın hər cür təcavüz və həmlələrdən qorunma əzminin, iradəsinin vəhdəti günüdür. Diplomat Pakistanın son on il ərzində terrorla mübarizəyə verdiyi töhfələrdən də danışıb.

Pakistanın ölkəmizdəki səfirliyinin hərbi attaşesi polkovnik Rizvan Malik Müdafiə Gününün tarixindən danışıb. O qeyd edib ki, Pakistanın müdafiə günü 1965-ci ildə Pakistanın təcavüzkar düşmən üzərində qələbə çalması münasibəti ilə keçirilir. Onun sözlərinə görə, 1965-ci ilin 6 sentyabr tarixində beynəlxalq forumlarda beynəlxalq sərhədləri aşmayacağı barədə verilən vəd və bəyanatların əksinə olaraq Hindistan ordusu Vaqah sərhədini keçərək Lahora tərəf hərəkətə keçmişdi və bu hücum ikinci Hindistan-Pakistan müharibəsilə nəticələnmişdi. Bu, Pakistan Silahlı Qüvvələrinin və Pakistan xalqının ölkənin müdafiəsi üçün birləşdiyi və öz düşməninə qarşı nümunəvi cəsarət, şücaət və igidlik nümayiş etdirdiyi bir an idi.

Polkovnik Rizvan Malik ölkəsinin Azərbaycan ilə dostluq münasibətlərinə verdiyi önəmi də vurğulayıb. Bildirib ki, iki qardaş ölkə arasında inkişaf edən hərtərəfli əməkdaşlıq və anlaşma bizim bir-birimizə olan münasibətlərimizin təzahürüdür.

Xəbər lenti

Xəbər lenti