...

Azərbaycanın hərbi prokuroru Macarıstanda beynəlxalq konfransda iştirak edib

Siyasət Materials 9 Sentyabr 2011 16:19 (UTC +04:00)
Macarıstanda Hüquqi Təlim Akademiyasında sentyabrın 8-10-da Beynəlxalq cinayət hüququ üzrə 10-cu konfrans keçirilib.
Azərbaycanın hərbi prokuroru Macarıstanda beynəlxalq konfransda iştirak edib

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Macarıstanda Hüquqi Təlim Akademiyasında sentyabrın 8-10-da Beynəlxalq cinayət hüququ üzrə 10-cu konfrans keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, silahlı qüvvələrdə və polis qüvvələrində ittiham və ifadə azadlığına həsr olunmuş toplantıda dünyanın 50-yə yaxın ölkəsindən nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları ölkələrində baş vermiş hadisələr, habelə müzakirəyə çıxarılan məsələlərlə bağlı mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi, eləcə də mənfi halların aradan qaldırılmasına yönəlmiş fəaliyyət haqqında fikir mübadiləsi aparıblar.

Beynəlxalq konfransda Azərbaycanı baş prokurorun müavini, respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev təmsil edib.

Vəliyev konfransdakı çıxışında ifadə azadlığının təmin olunması ilə bağlı Azərbaycanda mövcud olan qanunvericilik bazası, habelə ölkəmizin bu sahədə qoşulduğu beynəlxalq müqavilələr və onların həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Konfransa sabah işini başa çatdıracaq.

Xəbər lenti

Xəbər lenti