...

Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Azərbaycana gələcək - səfir

Siyasət Materials 9 Sentyabr 2011 18:34 (UTC +04:00)
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov sentyabrın 20-23-də Azərbaycana səfərə gələcək.
Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Azərbaycana gələcək - səfir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/

Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov sentyabrın 20-23-də Azərbaycana səfərə gələcək. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov məlumat verib.

Səfər çərçivəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ prezidenti Rövnəq Abdullayev və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşlər planlaşdırılıb.

Görüşlər zamanı tərəflər iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyətini, inkişaf perspektivlərini və karbohidrogenlərin Azərbaycandan Avropaya daşınması ilə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər əsnasında bolqar naziri ölkəsinin biznes dairələrinin nümayəndə heyəti də müşayiət edəcək. Səfir deyib ki, onlar əməkdaşlıq üçün Azərbaycanın imkanlarını öyrənəcək.

Həmçinin, səfər zamanı iki tərəfin işgüzar dairələrinin iştirakı ilə biznes-forum təşkil olunacaq. Bolqarıstan şirkətləri tikinti, turizm və infrastruktur sahələrində Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti