...

Deputat: Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə öz töhfələri var

Siyasət Materials 11 Sentyabr 2011 00:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə müəyyən töhfələri var. Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Əfqanıstanda sülhməramlı kontingentin iştirakı ilə yanaşı, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə birgə terrorizmlə mübarizə məqsədilə kəşfiyyat məlumatlarının mübadiləsi kimi vacib funksiyanı həyata keçirir.

Musabəyov deyib ki, 2001-ci il 11 sentyabr hadisəsindən sonra hər hansı genişmiqyaslı terror aktının baş verməməsi həmin ölkədə terrorçuluqla mübarizənin kifayət qədər effektiv təşkil edilməsinin göstəricisidir.

"Azərbaycan ərazisində də ötən dövr ərzində hansısa ciddi terror aktı baş verməyib. Halbuki qonşu ölkələrdə dəfələrlə terror aksiyalarının baş verdiyinin şahidi olmuşuq", - millət vəkili deyib.

Musabəyovun sözlərinə görə, bu, Azərbaycanın antiterror tədbirlərinin kifayət qədər aktiv həyata keçirməsinin göstəricisidir.

Politoloq "əl-Qaidə" terror təşkilatı liderlərinin neytrallaşdırılması, beynəlxalq aləmdə terrorizmlə mübarizədə kifayət qədər geniş koalisiyanın yaradılmasının ötən 10 il ərzində bu sahədə dünyada görülən əhəmiyyətli addımlardan olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti