...

İlham Əliyev Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 13 Sentyabr 2011 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
İlham Əliyev Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina 1974-cü ildə inşa edilmiş, ötən ilə qədər istifadədə olmuşdur. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanmışdır. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Məlumat verildi ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaqdır. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaqdır.

Bildirildi ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaqdır.

Dövlətimizin başçısı mehmanxananın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən stendlə tanış oldu, tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti