...

İran Prezidenti Azərbaycanla sərhəd bölgələrə səfər edəcək

Siyasət Materials 14 Sentyabr 2011 10:49 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib.
İran Prezidenti Azərbaycanla sərhəd bölgələrə səfər edəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad bu gün İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib. Bu barədə Trend İranın "Radiopayam" radiosuna istinadən məlumat verir.

Məlumata əsasən, Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edəcək.

Əhmədinejadın Ərdəbil ostanına səfəri cümə günü başa çatacaq.

Xəbər lenti

Xəbər lenti