...

Misirin Təl-Əvivdəki səfiri İsrail XİN-ə çağırılıb

Siyasət Materials 16 Sentyabr 2011 17:17 (UTC +04:00)
Misirin Təl-Əvivdəki səfiri Baş nazir İsam Şərəfin Kemp-Devid müqaviləsinə yenidən baxılması barədə dedikləri ilə bağlı izahat vermək üçün İsrail XİN-ə çağırılıb.
Misirin Təl-Əvivdəki səfiri İsrail XİN-ə çağırılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Misirin Təl-Əvivdəki səfiri Baş nazir İsam Şərəfin Kemp-Devid müqaviləsinə yenidən baxılması barədə dedikləri ilə bağlı izahat vermək üçün İsrail XİN-ə çağırılıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı xəbər verib.

Misirin keçid hökumətinin Baş naziri İsam Şərəf zərurət yaranacağı halda, İsraillə sülh müqaviləsinə düzəlişlər ediləcəyini istisna etməyib.

30 il bundan əvvəl Misir İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb ölkəsi olub. Bu müqavilə Qahirəni antiisrail koalisiyasının əsas iştirakçısından ərəb regionunda yəhudi dövlətinin ilk tərəfdaşına çevirdi. Daha sonra İordaniya da İsraillə sülh bağladı və diplomatik əlaqələr qurdu.

İsraillə sülh Misirə Sina yarımadası üzərində nəzarəti qaytarmağa imkan verdi. Lakin Misir-İsrail razılaşmasına görə, Qahirənin Sina yarımadasındakı hərbi iştirakı ciddi məhdudlaşdırılıb. Misirin sərhədyanı xəttə yalnız yüngül atıcı silahlarla yaraqlanmış polis qüvvələri saxlamağa hüququ var.

Bir müddət əvvəl ərəb KİV Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən xəbər vermişdi ki, Misir və İsrail Sina yarımadasında misirli hərbçilərin sayının artırılması barədə razılığa gəliblər. Lakin sonradan Misir bu məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti