...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Barak Obamanı məscidlərə dəvət edib

Siyasət Materials 27 Sentyabr 2011 17:04 (UTC +04:00)
Azərbaycan bütün dinlərin və mədəniyyətlərin bir yerə yığışa bildiyi məkana çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Barak Obamanı məscidlərə dəvət edib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan bütün dinlərin və mədəniyyətlərin bir yerə yığışa bildiyi məkana çevrilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya Senatının nümayəndə heyəti ilə görüşdə bildirib.

Seyxülislam qeyd edib ki, Azərbaycan tolerantlıq və dinlərarası dialoqa nümunədir və burada müxtəlif dinlərin icmaları var.

"Hazırda Azərbaycanda dövlət və din münasibətlərində böyük problemlərimiz yoxdur, kiçik məsələlər isə dialoqla həll olunur", - Paşazadə deyib.

Onun sözlərinə görə, ölkədə bu mübasibətlərin yaradılmasına ümummilli lider Heydər Əliyev təkan verib.

ABŞ nümayəndə heyətinin rəhbəri senator Cozef Simitian görüş zamanı bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi ölkədə müxtəlif dinlərin mövcud olması ilə vahid məqsədlərə necə xidmət etməyə nail olunmasının araşdırılmasıdır.

Seyxülislam öz növbəsində qeyd edib ki, bu, ölkə rəhbərliyinin bütün dinlərə eyni münasibət göstərməsindən irəli gəlir.

"Cənab Obama kilsəni ziyarət etdiyi kimi, ildə bir dəfə Qurban bayramında və ya iftar süfrələrində məscidlərə getsə, müsəlmanlarla birlikdə həmin tədbirlərdə iştirak etsə, bu, çox gözəl nümunə olardı", - Paşazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti