...

ABŞ Cənubi Qafqazda disbalans siyasəti yürüdür - azərbaycanlı politoloq

Siyasət Materials 28 Sentyabr 2011 13:21 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda disbalans siyasəti yürüdür. Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
ABŞ Cənubi Qafqazda disbalans siyasəti yürüdür - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda disbalans siyasəti yürüdür. Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"ABŞ Cənubi Qafqaz regionunda ermənisentrist və ya ermənimərkəz siyasəti aparır. Bu, Serj Sarkisyanın Ermənistanda hakimiyyətə gəlişindən sonra özünü büruzə verməyə başlayıb", - politoloq deyib.

Onun sözlərinə görə, Sarkisyan 2008-ci il prezident seçkilərində kifayət qədər səs toplamayıb. "Ermənistandakı prezident seçkiləri haqqında ABŞ-ın məlumatı ən dəqiq məlumatdır, çünki ABŞ-ın Ermənistanda seçkilərin monitorinqini reallaşdırmağı bacaran güclü şəbəkəsi olub", - politoloq deyib.

Əhmədoğlu qeyd edib ki, ABŞ Ermənistandakı 2008-ci il 1 mart qırğınını ört-basdır etməklə məşğul olub, ABŞ-ın təzyiqi ilə Avropa Parlamenti 1 mart qırğınlarının təhqiqatını çaşdırmaqla məşğul oldu və indi də AŞPA bu məsələni gündəlikdən çıxarmaq istəyir.

"Ermənistan daima digər dövlət tərəfindən regionda alət kimi istifadə olunub", - o deyib.

Politoloq həmçinin vurğulayıb ki, ABŞ-ın Cənubi Qafqaz regionunda ermənisentrist siyasəti onun regional maraqlarına ciddi zərbə vurur.

Xəbər lenti

Xəbər lenti