...

GUAM ölkələri XİN rəhbərləri təşkilatın prioritetlərini müəyyən ediblər

Siyasət Materials 30 Sentyabr 2011 12:48 (UTC +04:00)
Varşavada "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının 15-ci iclası keçirilib.
GUAM ölkələri XİN rəhbərləri təşkilatın prioritetlərini müəyyən ediblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir S.Ağayeva/

Varşavada "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının 15-ci iclası keçirilib.
Nazirlər regional, eləcə də regional səviyyədə əməkdaşlığın gələcək dərinləşməsi məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə qurumun Katibliyinin cümə günü yaydığı məlumatda deyilir.

İclas iştirakçıları qarşılıqlı ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər, GUAM formatında Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də daxil olmaqla, qarşılıqlı fəaliyyətin prioritet vəzifələrinə baxıblar.

İclasın yekunları üzrə, "GUAM XİNŞ-nin əməkdaşlığın perspektivləri və Avropaya inteqrasiya haqqında Varşava Bəyannaməsi" imzalanıb və "Sahə əməkdaşlığının aktivləşdirilməsi üzrə GUAM-ın Fəaliyyət Planı" təsdiqlənib.

XİNŞ-nin növbəti iclasının keçirilməsinin yeri və tarixi diplomatik kanallarla müəyyən ediləcək.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti