...

Azərbaycan Prezidenti Varşavada Aİ-nin "Şərq tərəfdaşlığı" sammitində iştirak edir (FOTO)

Siyasət Materials 30 Sentyabr 2011 15:00 (UTC +04:00)
Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.
Azərbaycan Prezidenti Varşavada Aİ-nin "Şərq tərəfdaşlığı" sammitində iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 30 sentybar /Trend/

Sentyabrın 30-da Polşanın paytaxtı Varşavada Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Sammitin iştirakçıları birgə foto çəkdirdilər.

Avropa İttifaqı ölkələrinin, eləcə də "Şərq tərəfdaşlığı" proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə açaraq qonaqları salamladı, "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti haqqında danışdı.

Bildirildi ki, sammitin keçirilməsində əsas məqsəd "Şərq tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir.

Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparılır.

İki ildən bir təşkil edilən "Şərq tərəfdaşlığı" sammiti ilk dəfə 2009-ci il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilib. "Şərq tərəfdaşlığı" Proqramı da məhz həmin sammitdə qəbul edilib.

"Şərq tərəfdaşlığı" təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti