...

MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplaşacaq

Siyasət Materials 3 Oktyabr 2011 17:51 (UTC +04:00)
Oktyabr ayının 26-28-də Bakıda MDB ölkələrinin Xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri Şurasının iclası keçiriləcək.
MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplaşacaq

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, muxbir S.Ağayeva/

Oktyabr ayının 26-28-də Bakıda MDB ölkələrinin Xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərləri Şurasının iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi təşkilatın rəsmi saytında dərc edilən məlumatda deyilir.

İclasda təhlükəsizlik, müxtəlif çağırış və təhdid əleyhinə mübarizə sahəsində MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının gələcək qarşılıqlı fəaliyyətinin müzakirə olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti