Gürcüstan, Tbilisi, 5 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Çərşənbə günü Tbilisidə Cənubi Qafqazda sərhədlərin vahid idarəolunması Pproqramının məsləhətçilərinin görüşü keçirilir. BMT-nin İnkişaf Proqramının Gürcüstan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi proqram daxilində Azərbaycan, Gürcüstan və Ermənistan ofislərinin 2010-cu il ərzində görülmüş işlərinin hesabatını dinləməkdir.
Görüşdə Aİ-nin, ABŞ-ın və Aİ ölkələrinin səfirliklərinin, BMT-nin İnkşaf Proqramının (UNDP), Beynəlxalq Miqrasiya Məsələləri Mərkəzinin (ICMPD) nümayəndələri iştrak edirlər.
Bu proqram Aİ tərəfindən maliyələşdirilir və Cənubi Qafqaz ölkələrinin sərhədlərinin vahid idarə olunmasına xidmət edir. Sərhədlərin vahid idarə olunması vətəndaşların və yüklərin sərhədi rahat keçmələrinə şərait yaradır. Proqram üç ölkənin sərhəd buraxılış məntəqələrində reallaşdırılır və Azərbaycan, Gürcüstan və Ermənistanın aidiyyəti qurumları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
6,3 million avro dəyərində olan layihə İCMPD ilə birgə UNDP və Aİ üzvü olan ölkələrin (Latviya, Estoniya, Litva, Fransa, Çexiya və Polşa) konsorsiumunun təşəbbüsü ilə həyata keçirilir.