...

"Müasir Azəbaycan dövrün baxışında" kitabının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 7 Oktyabr 2011 12:25 (UTC +04:00)
Azərbaycan müstəqil dövlət olaraq son 200 illik dövrdə ilk dəfə olaraq 20 il davamlı yaşayır və beynəlxalq münasibətlərin subyekti kimi çıxış edir.
"Müasir Azəbaycan dövrün baxışında" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan müstəqil dövlət olaraq son 200 illik dövrdə ilk dəfə olaraq 20 il davamlı yaşayır və beynəlxalq münasibətlərin subyekti kimi çıxış edir. Bu 20 illiyin həqiqi bir salnaməsinin yaradılması baxımından "Müasir Azəbaycan dövrün baxışında" adlı kitab mühüm əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu cümə günü kitabın təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Tarix liderlərin taleyini müəyyənləşdirir. Millətlərin, xalqların taleyini isə onlara rəhbərlik edən liderlər müəyyənləşdirirlər. Hər bir dövlətin tarixi özünün varislik prinsipinə əsaslanmalıdır", - Həsənov bildirib.

Kitab "Azərbaycan" qəzeti tərəfindən hazırlanıb. İki cildlik kitabın ideya rəhbəri Prezident Administrasiyası Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

PA rəsmisinin sözlərinə görə, bu tipli salnamələr dövlətin gələcək inkişafı üçün mühüm həlledici amil olur. "Müsair Azəbaycan dövrün baxışında" adlı kitabı da belə salnamələrdəndir.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov bildirib ki, kitabın başlıca məziyyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyev siyasətinin təntənəsinin, ümummilli liderin ideallarının layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi, milli maraqlara söykənən sürətli inkişaf dinamikasının uğurlarının tarixi-politoloji prizmadan təhlil edilərək qiymətləndirilməsindən ibarətdir.

"Kitabda müstəqillik yollarında qarşıya çıxan və uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanı modern dövlətə çevirən islahatlardan, demokratik vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan uğurlardan maraqlı publisistik maneralarla söhbət açılıb", - Aslanov bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov çıxışında deyib ki, bu gün Azərbaycan dövlət müstəqilliyinin 20 illiyini qeyd edir.

"Bu böyük tarixi hadisədir və davam etməkdə olan bir prosesdir. Müstəqillik hər bir xalqın yaşamaq, öz sərvətlərindən faydalanmaq, taleyini müəyyən etmək formasıdır. Azərbaycan 20 ildə özünü ifadə etmək, taleyini müəyyənləşdirmək və yaşamaq haqqını sübuta yetirib. Müasir Azərbaycan dövrün məhsuludur. Azərbaycan ümumilli lider Heydər Əliyev fəaliyyətinin, zəhmətinin, zəkasının məhsulu, nəticəsidir. 20 illik dövrü və onun reallıq və gerçəklikləri Azərbaycanın bundan sonrakı inkişafı üçün yeni bir hesabat nöqtəsidir. Azərbaycanın əldə etdiyi uğurlar, prezidentimizin həyata keçirdiyi siyasət Azərbaycanın bundan sonrakı taleyini, hədəflərini müəyyənləşdirir. Azərbaycanın güclü, zəngin dövlətə çevrilməsi, beynəlxalq aləmdə və regionda tanınan bir dövlətə çevrilməsi bizim hədəflərimizdir", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti