...

Azərbaycanda rəsmi səfərdə olan Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 7 Oktyabr 2011 14:08 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin oktyabrın 7-də rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda rəsmi səfərdə olan Nikola Sarkozinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanda rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Nikola Sarkozinin oktyabrın 7-də rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkozini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Fransa Prezidentinə raport verdi. Fransanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikola Sarkoziyə, Fransa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti