...

İran parlamentinin spikeri: ABŞ-ın siyasəti diqqətin öz problemlərindən yayınmasına yönəlib

Siyasət Materials 12 Oktyabr 2011 13:59 (UTC +04:00)
ABŞ "axmaq çıxışları" ilə diqqəti öz daxili problemlərindən və regionun problemlərindən yayındırmağa çalışır. Bunu İran parlamentinin spikeri Əli Laricani çərşənbə günü bildirib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.
İran parlamentinin spikeri: ABŞ-ın siyasəti diqqətin öz problemlərindən yayınmasına yönəlib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

ABŞ "axmaq çıxışları" ilə diqqəti öz daxili problemlərindən və regionun problemlərindən yayındırmağa çalışır. Bunu İran parlamentinin spikeri Əli Laricani çərşənbə günü bildirib. Trend-in məlumatına görə, xəbəri MEHR agentliyi yayıb.

"Belə axmaq çıxışlarla ABŞ hay-küy qaldırmağa və öz daxili problemlərindən xilas olmağa çalışır", - Laricani deyib.

Spiker bəyan edib ki, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər yaxşı səviyyədədir və Tehranın "axmaq oyunlar oynamaq" üçün səbəbi yoxdur.

"Belə bəyanatlar verməklə, ABŞ müsəlman ölkələri arasında fikir ayrılığı salmağa və regiondakı islam oyanışından diqqəti yayındırmağa çalışır. Lakin Birləşmiş Ştatlar buna nail ola bilməyəcək", - Laricani qeyd edib.

ABŞ hakimiyyətinin bəyanatına görə, iki İran vətəndaşı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlayıblar və onların bu ölkənin ABŞ-dakı səfirliyinin binasının da partladılmasının planlaşdırıldığı mümkündür.

Reuters agentliyinin verdiyi xəbərə görə, bu işlə bağlı istintaq artıq başa çatıb və şübhəli şəxslər barəsində ittiham hökmü məhkəməyə təqdim edilib. Söhbət Mənsur Ərbabsiar və Qulam Şakurdan gedir. Onlar öz məqsədlərinə ABŞ ərazisində fəaliyyət göstərən Meksika narkokartelinin nümayəndələrinin köməyi ilə çatmaq istəyirmişlər. Terrorçuların aşkar edilməsi və onlara qarşı dəlillərin toplanması üçün əməliyyat bu ilin may ayından başlanılıb və altı aya yaxın davam edib.

İranın dövlət KİV-i bu məlumatı artıq təkzib edib və bildirib ki, bu iddia Tehran rəhbərliyini dünya ictimaiyyətinin gözündə ləkəmək məqsədi güdən "Amerika imperialistlərinin növbəti pisniyyətli yalanıdır".

Xəbər lenti

Xəbər lenti