...

Azərbaycanın müstəqilliyinin 20 illiyi Bosniya və Herseqovinada qeyd olunub

Siyasət Materials 17 Oktyabr 2011 14:44 (UTC +04:00)
Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə bazar ertəsi ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilib.
Azərbaycanın müstəqilliyinin 20 illiyi Bosniya və Herseqovinada qeyd olunub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibəti ilə bazar ertəsi ölkəmizin Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində tədbir keçirilib.

Nümayəndəlikdən Trend-ə bildirilib ki, tədbirə Bosniya və Herseqovina ictimaiyyətinin nümayəndələri, XİN rəsmiləri, diplomatik korpusun əməkdaşları, Bosniya və Herseqovinada yaşayan azərbaycanlılar və təhsil alan tələbələrimiz dəvət olunublar.

Azərbaycanın Bosniya və Herseqovinadakı müşaviri Yusif Vəzirov tədbir iştirakçılarını salamlayaraq, onlara Azərbaycanın müasir tarixindən, son illər əldə edilmiş nailiyyətlərindən, iqtisadi inkişafından, ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, hüquqi, demokratik, müasir dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.

Xəbər lenti

Xəbər lenti