Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Prezident İlham Əliyev Azərbaycanın "Rabitə" voleybol klubunun mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamqa qeyd olunur ki, Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuş "Rabitə" voleybol klubuna 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 500 min manat məbləğində vəsait ayrılsın.
Maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.