Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/
"Facebook" sosial şəbəkəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin adından iki saxta profil açılıb. Trend-in məlumatına görə, bu barədə mətbuata açıqlamasında partiya sədrinin ictimai-siyasi əlaqələr üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, BAXCP sədrinin "Facebook"da hər hansı bir profili yoxdur.
"Bu işi görənlərdən tələb edirik ki, təcili olaraq həmin profilləri bağlasınlar. Əgər qısa zamanda bu addımı atmasalar, hüquq-mühafizə orqanlarına müraciət edib saxta profilin kimlər tərəfindən yaradıldığını üzə çıxaracağıq", - Orduxanlı vurğulayıb.
BAXCP funksioneri onu da qeyd edib ki, bu profillərdə yayımlanan xəbərlərin Qüdrət Həsənquliyevə heç bir aidiyyəti yoxdur.
Qüdrət Həsənquliyevin "Facebook"da saxta profilləri yaradılıb
"Facebook" sosial şəbəkəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin adından iki saxta profil açılıb.