...

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin cəsədinin şəkli yayımlanıb (FOTO)

Siyasət Materials 20 Oktyabr 2011 17:47 (UTC +04:00)
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin cəsədinin şəklini yayımlanıb (FOTO)
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin cəsədinin şəkli yayımlanıb (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend /

"Əl-Cəzirə" telekanalı Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin cəsədinin şəklini yayımlayıb.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafi bu gün Sirt şəhərində hərbi əməliyyatlar zamanı öldürülüb. Qəddafinin cəsədi Liviyanın Misrat şəhərinə gətirilib. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Liviya Milli Keçid Şurası Qəddafinin öldürülməsini təsdiq edib.

"Qəddafi yaxalanan vaxt ayağından yaralanıb", - məlumatı "əl-Ərəbiyə" kanalı öncə yayıb.

"Əl-Cəzirə"nin məlumatına görə, hərbi əməliyyatlar zamanı Qəddafinin oğlu Mötəsim Qəddafi də tutulub.

Bundan başqa, hərbi əməliyyat zamanı Liviyanın sabiq müdafiə naziri Əbu Bəkr Yunis də öldürülüb.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.

Xəbər lenti

Xəbər lenti