...

Azərbaycan və Gürcüstan operativ-istintaq fəaliyyəti üzrə əməkdaşlıq haqqında müqavilə imzalayıb

Siyasət Materials 20 Oktyabr 2011 20:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan və Azərbaycan iki ölkənın Daxili İşlər nazirliklərinin (DİN) operativ-istintaq qrupları arasında əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Bu müqavilə Gürcüstan və Azərbaycan qurumları arasında operativ informasiya mübadiləsi aparmağa imkan verəcək. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan DİN-dən məlumat verilib.

Sənədin imzalanması Batumidə baş tutub. Burada Gürcüstan, Azərbaycan, Ukrayna və Belarus DİN-in operativ xidmət rəhbərlərinin iştirakı ilə işçi qrupunun iclası keçirilib.

Gürcüstan operativ-istintaq fəaliyyəti üzrə əməkdaşlıq haqqında müqaviləni görüşdə iştirak edən digər ölkələrin nümayəndələri ilə də imzalayıb.

Xəbər lenti

Xəbər lenti