...

Elnur Aslanov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin diplomatiyasının uğurudur

Siyasət Materials 25 Oktyabr 2011 12:21 (UTC +04:00)
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycanın son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyasının uğurudur.
Elnur Aslanov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkənin diplomatiyasının uğurudur

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycanın son illər ərzində regional və qlobal səviyyədə həyata keçirdiyi diplomatiyasının uğurudur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səylərinin, fəaliyyətinin uğurla nəticələnməsinin bariz nümunəsidir. Azərbaycan artıq bölgədə lider dövlətdir. Qlobal
müstəvidə öz sözünü deyən dövlətdir. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təmsil olunması ölkəmizin haqq səsinin dünya birliyinə çatdırılması, Dağlıq Qarabağ məsələsi və digər mühüm məsələlərin qaldırılması üçün bizə məkan və zəmin yaradacaq", - Aslanov deyib.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycan lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Xəbər lenti

Xəbər lenti