Azərbaycan, Bakı, 2 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klintona başsağlığı verib.
"Hörmətli xanım Klinton, Ananız xanım Doroti Rodemin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm", - başsağlığında deyilir.