...

Rusiya və Gürcüstan RF-nin ÜTT-yə qoşulmasına dair saziş imzalayıblar

Siyasət Materials 9 Noyabr 2011 16:00 (UTC +04:00)
Çərşənbə günü Rusiya və Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmasına dair saziş imzalayıblar.
Rusiya və Gürcüstan RF-nin ÜTT-yə qoşulmasına dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Çərşənbə günü Rusiya və Gürcüstan Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmasına dair saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi Gürcüstan diplomatına istinadən məlumat verib.

Bir az əvvəl Rusiya və Gürcüstan İcveçrənin vasitəçiliyi ilə hazırlanmış sazişin kompromis variantı üzrə razılığa gəliblər. Sənəd, həmçinin sərhədin quru hissəsində yüklərin hərəkətinə nəzarəti həyata keçirəcək beynəlxalq müşahidəçilərin yerləşdirilməsini nəzərdə tutur. RİA "Novosti" xəbər verir ki, ötən şənbə günü bu mətn tərəflər arasında razılaşdırılıb.

Rusiya 1993-cü ildən Ümumdünya Ticarət Təşkilatına üzv olmağa çalışır. 2008-ci il aprelin sonlarında Gürcüstan Rusiya Prezidentinin Abxaziya və Cənubi Osetiyaya münasibətdə iqtisadi sanksiyaların aradan qaldırılması haqqında fərmanına etiraz əlaməti olaraq Rusiyanın ÜTT-yə üzv olması üzrə danışıqlar prosesindən çıxıb.

ÜTT üzrə Gürcüstanla Rusiya arasında danışıqlar bu ilin martında İcveçrənin vasitəçiliyi ilə bərpa olunub.

Xəbər lenti

Xəbər lenti