...

Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina istifadəyə verilib (FOTO)

Siyasət Materials 18 Noyabr 2011 15:25 (UTC +04:00)
Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib
Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina istifadəyə verilib (FOTO)

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib.

Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli evlərin tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Azərbaycan Prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış oldu.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirdi ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşdü, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti