Azərbaycan, Bakı, 19 noyabr / Trend /
İranın şərqi hissəsində taktik hərbi təlimlərin ilk mərhələsinə başlanıb.
Trend-in İSNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təlimlərin ilk mərhələsi cümə günü axşam saatlarında başlayıb. Təlimlərdə İran ordusunun, İslam İnqilabı Keşikçilər Korpusunun, hüquq-mühafizə qüvvələrinin və yığma qoşunlarının əməliyyat, kəşfiyyat və döyüş bölmələri iştirak edib.
"Saminəl-Hücəc" adlı dörd mərhələli təlimlər İranın son hərbi nailiyyətlərini nümayiş etdirmək məqsədi daşıyır.
Təlimlər dörd gün davam edəcək.
İranda hərbi təlimlərin ilk mərhələsi başlayıb
İranın şərqi hissəsində taktik hərbi təlimlərin ilk mərhələsinə başlanıb.
